"Azərbaycan Milli Elmlər Akademiyası, Mətbuat Şurası və Dil Kommisiyası ilə birgə jurnalistlərə Azərbaycan dili ilə bağlı treninqlərin keçirilməsini təklif edirəm".
Lent.az xəbər verir ki, bunu Mətbuat Şurasının Dil Komissiyasının sədri, “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı Şuranın iclasında çıxışı zamanı bildirib.
Vüsalə Mahirqızı bildirib ki, mediada dilin qaydalarına əməl etməkdə problemlərə rast gəlinir.
“Vasitəli və vasitəsiz nitqin yazılmasında, durğu işarələrindən, ədatlardan, bağlayıcılardan, tabeli və tabesiz cümlələrdən istifadədə ciddi problemlər var. Kommisiyanın işlərindən biri də jurnalistlər, hətta redaktorlar üçün maarifləndirici treninqlərin təşkilidir. Redaktorlar, aparıcılar, yazılı media jurnalistləri üçün ayrıca treninqlər təşkil olunmalıdır”, - “APA Media Group"un baş direktoru vurğulayıb.