Kağız parçasından fərqlənməyən diplomlar  - Bu universitetləri seçməyin! - SİYAHI
06 may 2025 16:02 (UTC +04:00)

Kağız parçasından fərqlənməyən diplomlar - Bu universitetləri seçməyin! - SİYAHI

Xaricdə təhsilə almaq üçün sənəd qəbulu mövsümü açılıb. “Xaricdə təhsil şirkətləri” ilin ən gözəl çağlarını məhz indi yaşayırlar. Təsadüfi deyil, çoxlarının arzusudur xarici ölkələrdən birinin diplomunu almaq.

Bəs sonrası? Diplom öz funksiyasını təmin etməyincə, kağız parçasından fərqlənmir. Elə isə özümüzü oda, suya atmağa dəyərmi?

Lent.az həm canımızın, həm pulumuzun hədər olmaması üçün diplomları Azərbaycanda tanınmayan universitetlərin siyahısını təqdim edir.

Bu siyahı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ən son düzəlişlərinə əsasən hazırlanıb:

  1. Beynəlxalq Atlantik Universiteti 
  2. Beynəlxalq Xristian Universiteti
  3. Middlesex Universiteti 
  4. Beynəlxalq Praqa Universiteti 
  5. EICAR - Paris Beynəlxalq Film və Televiziya Məktəbi 
  6. Vatel Otel və Turizm Biznes Məktəbi 
  7. Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti
  8. Laqodexi Elm-Təhsil İnstitutu 
  9. Beynəlxalq Ekologiya və Tibb Akademiyası
  10. Avqustin Voloşin adına Karpat Universiteti
  11. Avropa Universiteti 
  12. "KROK” İqtisadiyyat və Hüquq Universiteti 
  13. Regionlararası Heyətin İdarəolunması Akademiyası 
  14. EADA Biznes Məktəbi 
  15. Barselona Qlobal Biznes Məktəbi 
  16. Avropa Universiteti Biznes Məktəbi 
  17. Marbella Beynəlxalq Universiteti 
  18. Harbour Space Universiteti 
  19. Roma Biznes Məktəbi 
  20. Maranqoni İnstitutu
  21. Beynəlxalq Humanitar-Texniki Akademiya
  22. Nijeqorod Menecment və Biznes İnstitutu
  23. Şərqi Avropa Psixoanaliz İnstitutu
  24. Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu
  25. Dünya İqtisadiyyatı İnstitutu 
  26. Moskva Humanitar-İqtisad İnstitutu
  27. İsveçrədə Amerika Tətbiqi Elmlər İnstitutu (İsveçrə Amerika Universiteti) 
  28. İsveçrə Ali Təhsil Məktəbi 
  29. Avropa Universiteti Biznes Məktəbi (Avropa Universiteti)
  30. Cenevrə Biznes Məktəbi 
  31. Cenevrə Beynəlxalq Universiteti
  32. Biznes və Hotel Menecmenti Məktəbi (Business & Hotel Management School)
  33. Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti 
  34. İsveçrə Montre Biznes Məktəbi 
  35. Biznes və Beynəlxalq Münasibətlər Universiteti 
  36. Glion Ali Təhsil Universiteti 
  37. Vebster Universiteti
  38. Beynəlxalq Biznes İnstitutu 
  39. UniMan Beynəlxalq İdarəetmə və Performans Akademiyası 
  40. Biznes, İnnovasiya və Davamlılıq Universiteti 
  41. Florensiya Dizayn Beynəlxalq İnstitutu
  42. SAE Yaradıcı Media İnstitutu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar