Kəndli ucuz   satmaqdan, şəhərli baha   almaqdan narazıdır - 3 qat qiymət fərqi
05 may 2026 17:11 (UTC +04:00)

Kəndli ucuz satmaqdan, şəhərli baha almaqdan narazıdır - 3 qat qiymət fərqi

0

Rayonlarda daha ucuz qiymətə təklif olunan kənd təsərrüfatı məhsulları paytaxtda daha yüksək, 2-3 qat baha qiymətə satılır. Kəndli-fermerler məhsulları ucuz satdıqlarından, Bakıdakı alıcılar isə baha aldıqlarından narazıdırlar.

Bəs görəsən, nəyə görə kəndlinin ucuz verdiyi məhsulları paytaxtda bir neçə dəfə baha almağa məcbur qalır?

İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, kəndli-fermerdən ucuz alınan məhsulun şəhərdə baha satılmasının səbəbi satış modeli ilə bağlıdır:

Eldəniz Əmirov: Zəngəzur dəhlizinə Gürcüstanın qısqanclığı müşahidə olunur  - Monetar.az

“Kəndli-fermerlərin ucuz satdığı məhsulları niyə Bakıda alıcıların daha baha alması sualı paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir. Bu modeldə çoxlu xırda məsələlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem də var.

Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir.

İkinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.

Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır. Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar