Koronavirusa yoluxan tanınmış alimin vəziyyəti kritikdir
08 noyabr 2021 19:46 (UTC +04:00)

Koronavirusa yoluxan tanınmış alimin vəziyyəti kritikdir

0

AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun vəziyyəti ağır olaraq qalır.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə onun qızı Lalə Şükürova bildirib.

Onun sözlərinə görə, bu gün atasını KT müayinəsindən keçirbilər: “Ağciyərlərində 70-80 faiz "buzlaşma" var. Vəziyyəti kritikdir".

L. Şükürova bildirib ki, K. Şükürov süni tənəffüs aparatındadır.

Qeyd edək ki, Kərim Şükürov 1 həftə əvvəl koronavirusa yoluxub. Dünən vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4387

Oxşar yazılar