Koronavirusla bağlı SON STATİSTİKA
17 may 2021 16:32 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 330 269 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 315 415nəfər müalicə olunaraq sağalıb, 4792 nəfər vəfat edib, aktiv xəstə sayı 10 062 nəfərdir.

Ölkədə son sutka ərzində 8877, hazırkı dövrədək isə 3 392 930 test aparılıb.

# 1836
avatar

Oxşar yazılar