Soda kanalizasiya borusunu açırmı? - Santexniklər izah edir
08 iyul 2026 10:59 (UTC +04:00)

Soda kanalizasiya borusunu açırmı? - Santexniklər izah edir

0

Kanalizasiya borusu tutulanda bir çox insan ilk olaraq soda və sirkədən istifadə etməyə çalışır. Bəs bu üsul həqiqətən effektlidirmi? 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə vantuzdan (mətbəx və vanna otağı çanaqlarındakı (moykalardakı) tıxacları vakum yaratmaqla təmizləmək üçün istifadə olunan rezin başlıqlı alətistifadə etməyin daha məqsədəuyğun olduğunu hesab edirlər. 

Santexniklər bildirirlər ki, soda ilə tıxanmanı aradan qaldırmaq üsulunun effektivliyi təxminən 50 faizdir. Soda və sirkə yalnız yüngül tıxanmalar zamanı müəyyən nəticə verə bilər. Saç topaları və ya yağ yığıntıları kimi ciddi tıxanmaları açmaq üçün yaranan bu kimyəvi reaksiya kifayət etmir.

Soda ilə kanalizasiya borusunu  aşağıdakı qaydada tətbiq etmək tövsiyə edilir:

•    Kanalizasiya dəliyinə 1 stəkan soda tökün. 

•    Ardınca 1 stəkan sirkə əlavə edin. 

•    Qarışığın köpükləndiyini və xışıltı səsi çıxardığını görəcəksiniz. 

•    Qarışığı ən azı 30 dəqiqə boruda saxlayın. 

•    Daha sonra borunu qaynar olmayan isti su ilə yuyun. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar