Əlillərin hüquqları artırılır
08 may 2020 12:27 (UTC +04:00)

Əlillərin hüquqları artırılır

0

Əlilliyi olan şəxslərin hüquqları artırılır.

APA-nın məlumatına görə, bununla əlaqədar bir sıra qanunlara dəyişikliklər təklif edilir.

“İnzibati icraat haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) tərcüməçi hesab olunacaqlar.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3874

Oxşar yazılar