Maqnit qasırğası yaxınlaşır  - təhlükəli tarixlər AÇIQLANDI
20 iyul 2026 19:20 (UTC +04:00)

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

0

Güclü maqnit qasırğası tezliklə planetə zərbə endirəcək. Hava şəraitinə həssas olan hər kəs sağlamlığına diqqət yetirməli və dərman ehtiyatı toplamalıdır.

Bu həftə Yer kürəsində yeni bir maqnit qasırğası gözlənilir. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, iyulun 20-də maqnit qasırğası olmayacaq, lakin sonrakı günlər daha az sakit keçəcək.

Lakin, 21-də Kp indeksi 4-ə yüksələcək ki, bu da aktiv maqnit şəraitini göstərir və bu müddət ərzində bəzi meteohəssas insanlar müxtəlif xoşagəlməz əlamətlərlə qarşılaşa bilərlər: baş ağrıları, başgicəllənmə, yorğunluq, halsızlıq, yüksək təzyiq və s.

Proqnoza görə, iyulun 22-si maqnit qasırğası başlayacaq. Zəif olacağı gözlənilir. Nə qədər davam edəcəyi hələ məlum deyil.

Belə günlərdə insanlar ən çox özlərini pis hiss etmələrindən, baş ağrılarından, diqqəti cəmləməkdə çətinlik çəkmələrindən və yuxunun pisliyindən şikayət edirlər.

Xroniki xəstəlikləri və zəifləmiş immunitet sistemi olan insanlar risk altındadır.

Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına əməl edin. Bu dövrlərdə stressdən və intensiv idmandan çəkinin. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidalar yemək vacibdir. Həkimlər bunun əvəzinə daha çox meyvə və tərəvəz yeməyi məsləhət görürlər.

Qəhvə, siqaret və spirtli içkilərdən çəkinin. Daha çox maye - adi su və ya bitki çayları için.

Otağınızı müntəzəm olaraq havalandırın və təmiz havada ən azı qısa gəzintilər etməyə çalışın. Mümkünsə, hər gecə müəyyən bir vaxtda yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1532

Oxşar yazılar