Məktəblərdə qış tətili başlayıb
Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.
Qış tətili nə vaxta qədər davam edəcək?
Lent.az xəbər verir ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qış tətilindən sonra ilk dərs günü nə vaxtdır?
Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.