Məktəbli formasına və müəllimlərin geyim tələblərinə dair vahid yanaşma
16 iyun 2026 12:32 (UTC +04:00)

Məktəbli formasına və müəllimlərin geyim tələblərinə dair vahid yanaşma

0

Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar