Türkiyəli aparıcı Reha Muhtar vəfat edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Reha Muhtar 66 yaşında Bodrumda müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, tanınmış jurnalist ötən həftə ürək probleminə görə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, jurnalist fəaliyyətinə 1983-cü ildə “Milliyet” qəzetində müxbir kimi başlayan Reha Muhtar 90-cı illərdə xüsusilə “Show” TV-də xəbərlər proqramı ilə geniş auditoriyanın diqqətini cəlb edib.
O, karyerası ərzində Kanal D, Star TV, ATV, FOX TV, CNN Türk və “Kanaltürk”də çalışıb, eyni zamanda, müxtəlif qəzetlərdə köşə yazıları yazıb.