Milyonlarla insan   ölə bilər – PROQNOZ
12 mart 2023 18:25 (UTC +04:00)

Milyonlarla insan ölə bilər – PROQNOZ

Planetin demək olar ki, bütün çaylarının sularını çirkləndirən antibiotiklər “superbakteriyaların” yaranmasına səbəb ola bilər.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, alimlər çay sularının yüksək səviyyədə antibiotiklərlə çirklənməsini aşkar ediblər. Bu, bütün dünyada insanların kütləvi ölümünə səbəb ola bilər.

Tədqiqatçılar 72 ölkədən axan çayların suyunu sınaqdan keçiriblər. Məlum olub ki, onlardan 65-də ən populyar 14 antibiotikin izləri aşkarlanıb.

Ən çox antibiotik Asiya və Afrika çaylarında tapılıb. Eyni zamanda Banqladeşdə çayda dərmanların konsentrasiyası yol verilən həddi 300 dəfə keçib.

Alimlər qeyd edirlər ki, dərmanların qalıqları kanalizasiya ilə birlikdə çay sularına düşür. Bu, antibiotiklərin daimi təsiri altında mikroorqanizmlərin mutasiyaya uğrayaraq “superbakteriyalara” çevrilməsi ilə nəticələnir ki, bu da öz növbəsində 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb olacaq.
 

# 3390
avatar

Oxşar yazılar