Müharibədən qayıdanlarla bağlı 700-dən çox müraciətə baxılıb
14 yanvar 2021 10:55 (UTC +04:00)

Müharibədən qayıdanlarla bağlı 700-dən çox müraciətə baxılıb

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

# 1101
avatar

Mehman Nəbiyev

Oxşar yazılar