Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir - AZAL rəhbəri
23 may 2026 22:53 (UTC +04:00)

Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir - AZAL rəhbəri

0

"Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir. Sərnişin tələbatından asılı olaraq bu say dəyişə bilir. Məsələn, yay mövsümündə sərnişin axını artdığı üçün uçuşların sayı 16-a qədər artır".

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində Bakı-Naxçıvan-Bakı reysləri ilə bağlı bəzən gecikmələr, uçuşların təxirə salınması halları ilə bağlı suala cavab verərkən deyib.

S. Rzayev bildirib ki, reyslərin sayında edilən dəyişikliklər həm əməliyyat səmərəliliyi, həm də uçuş təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir:

"Kəskin hava şəraiti, gözlənilməz texniki hallar zamanı müəyyən operativ qərarlar qəbul edilir və uçuş cədvəlində müəyyən dəyişikliklər tətbiq edilə bilir. Bir də görürsünüz ki, Bakıdan uçuşlarda təyyarə havaya qalxır və Naxçıvan istiqamətində davam etməkdədir və artıq Naxçıvana çatdıqda, ümumiyyətlə hava şəraitində dəyişiklik baş verdikdə və eyni zamanda, Naxçıvan Hava Limanının xüsusi relyefli bir ərazidə yerləşdiyini nəzərə alaraq, hava şəraiti təhlükəli hesab edildiyindən ekipaj - uçuş heyəti qərar verir ki, bu təhlükəli hesab olunur və təyyarə qayıtmalıdır. Sözsüz bizim üçün, AZAL üçün prioritet təhlükəsizlikdir və burada heç bir xərcə, heç bir əlavə xərclərə baxmadan birmənalı şəkildə qərar ondan ibarətdir ki, təyyarə qayıtmalıdır, Bakıya eniş etməlidir və hava düzəldikdə həmin reys yenidən yerinə yetirilə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar