Niyə insanların çoxu inkişaf etmir?  - Məşhur psixoloq sirrini açdı
29 aprel 2026 19:51 (UTC +04:00)

Niyə insanların çoxu inkişaf etmir? - Məşhur psixoloq sirrini açdı

0

Məşhur psixoloq bir vaxtlar özünüreallaşdırma yolunda bizə mane olan sirri açıqlamışdı. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloq Abraham Maslou hər bir insanın hər gün gələcəyini müəyyən edən bir seçimlə qarşılaşdığını hesab edir: naməlumluğa doğru addım atmaq, yoxsa təhlükəsizliyə qaçmaq. 

Maslou  Kiyevdən olan immiqrantların oğludur və həyatını insanların öz potensiallarının zirvəsinə necə çatdığını öyrənməyə həsr edib. Onun nəzəriyyəsinə görə, uğura aparan yol öz qorxularını davamlı şəkildə aşmaqdan keçir.

“İstənilən anda bizim iki seçimimiz var: ya inkişaf istiqamətində irəli addım atmaq, ya da təhlükəsizliyə geri çəkilmək”, – psixoloqun fikrinin məşhur izahında deyilir.

Onun qənaətinə görə, insanların əksəriyyəti ikinci variantı seçir, çünki komfort zonası sabitlik illüziyası yaradır. Lakin məhz bu “təhlükəsiz” seçim çox vaxt insanın tam potensialını reallaşdırmasına mane olan tələyə çevrilir.

Maslou “Toward a Psychology of Being” adlı kitabında bu daxili mübarizəni ətraflı təsvir edir:

“Hər bir insanın daxilində hər iki qüvvə mövcuddur. Onlardan biri qorxu səbəbilə təhlükəsizlik və müdafiədən yapışır, geriyə meyllidir və keçmişə bağlı qalır... Digər qüvvələr isə insanı öz “mən”inin bütövlüyünə və unikallığına doğru irəli aparır”.

Məlumata görə, yalnız az sayda insan həqiqi özünüreallaşdırmaya nail olur. Maslounun fikrincə, bunun əsas səbəbi inkişafın risk tələb etməsidir. Evdə qalmaq və ya tanış işdə işləmək düzgün qərar kimi görünsə də, bəzən bu sadəcə “həyatın yanınızdan keçməsinə imkan vermək” deməkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 36

Oxşar yazılar