Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə
14 may 2026 13:49 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə

“Ölkədə riyazi biliklər elə də yaxşı səviyyədə deyil” – DİM sədri

0

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA İnformasiya Agentliyinə müsahibə verib.

Lent.az həmin müsahibədən şagirdlərin riyazi bilikləri ilə bağlı dair suallara sədrin cavabını təqdim edir:

– İctimaiyyətdə bəzən belə fikirlər səslənir ki, bəzi imtahan sualları şagirdlərin biliklərini ölçməkdən daha çox onları çaşdırmaq və ya “tələyə salmaq” məqsədi daşıyır. Bu məsələyə münasibətiniz necədir?

– Mənim sizə bir sualım var. Siz humanitar sahənin mütəxəssisisiniz, haranı bitirmisiniz?

– Bəli, Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi.

– Dördbucaqlıda neçə diaqonal var?

– 2 dənə olur.

- Bəli, 2 dənə. Bu sual yeddinci, altıncı sinfin sualıdır. Belə suallar 11-ci sinif buraxılış imtahanında da var. Bu çox sadə sualdır və onun cavablandırılması 1–3 saniyə vaxt tələb edir. Bu suallarda hansı tələdən söhbət gedə bilər? Məsələ ondadır ki, ümumi riyazi biliklər ölkədə elə də yaxşı səviyyədə deyil.

Başqa bir sualı sizə göstərim. Buraxılış imtahanında statistikaya görə 1 çətin sual olub: f(x)=ax2+bx+c funksiyasının qrafikinə aid yazılı cavab tələb edən açıq tipli tapşırıq. Bu suala 86,8 faiz şagird cavab verə bilməyib. 1 (tam) balı 3,6% şagird toplayıb. 4,14% şagird 23 bal, 5,39% şagird 13 bal, 10,87% şagird 0 bal toplayıb. 76,01% iştirakçı isə sualı cavablandırmaqdan imtina edib. Bu sualın cavablandırılması 2–3 dəqiqə vaxt tələb edir. 9-cu sinif dərsliyinə aiddir və tam proqram çərçivəsindədir. (Digər sualları göstərir) Hansı suallarda tələ var? Biz hər cavablandırma müddətinə uyğun sual tərtib edirik: 1–5 saniyəyə 4 sual, 6–10 saniyəyə 3 sual, 11–20 saniyəyə 3 sual, 21–30 saniyəyə 4 sual, 30–60 saniyəyə 4 sual və 1–5 dəqiqəyə 7 sual - yazılı cavab tələb edən tapşırıqlar cavablandırıla bilər. Ümumilikdə 45-50 dəqiqə kifayət edir. Qalan 15–10 dəqiqə isə sualları yoxlamağa və kodlaşdırmağa sərf olunur. Buraxılış imtahanında 18 asan sual var. Nə üçün onlara bu suallar çətin gəlir? Çünki şagird gərək riyaziyyatı lap aşağı siniflərdən öyrənməyə başlasın.

Burada birinci problem valideynlərin özlərinin riyazi biliklərinin hazırkı tədris proqramına uyğun olmaması ilə əlaqədardır. Riyazi biliklər zəncirvarı xarakter daşıyır və əvvəlki biliklər formalaşmadan növbəti mərhələyə keçmək mümkün olmur. Şagird natural ədədlərlə işləməyi bacarmırsa, rasional ədədlərə, daha sonra isə cəbrə keçməkdə çətinlik çəkəcək. Buna görə də riyazi təməl ibtidai siniflərdən düzgün formalaşdırılmalıdır. Bir-iki ilə riyazi qabiliyyətləri formalaşdırmaq mümkün deyil. Müəllim natural ədədləri bilməyən şagirdə deyə bilməz ki, səni bir-iki ilə imtahana tam hazır edəcəyəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar