Ölümsüzlüyün sirri  açılmayıb: insan həyatının maksimum həddi  hesablandı
28 iyul 2026 17:59 (UTC +04:00)

Ölümsüzlüyün sirri açılmayıb: insan həyatının maksimum həddi hesablandı

0

Bioloqlar orqanizmin qaçılmaz qocalmasının yeganə səbəbini aşkar ediblər

Alimlər nəhayət, insan ömrünün davamlılığının mütləq həddini müəyyən ediblər. Bəşəriyyət qocalmaya qarşı ideal dərman kəşf etsə belə, orqanizmimizin yenə də dəqiq bioloji limiti mövcuddur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər qaçılmaz qocalmanın əsas səbəbi kimi somatik mutasiyalar adlanan dəyişikliklərin toplanmasını görürlər. Bunlar bədənimizin hər hüceyrə bölünməsi zamanı DNT-də yaranan kiçik səhvlərdən ibarətdir. Müasir tibb bir çox xəstəliklərin öhdəsindən gəlməyə qadirdir, lakin bu təbii prosesi tamamilə dayandırmaq qeyri-mümkündür.

Tədqiqatçılar digər bütün qocalma faktorları aradan qaldırılacağı təqdirdə maksimum ömür müddətini hesablayıblar. Orta göstərici 150 ilə 190 il arasında dəyişir.

Bu, inkişaf etmiş ölkələrdə insanların indiki orta ömür müddətindən təxminən iki dəfə çoxdur. Unikal orqanizmlər üçün nəzəri mütləq maksimum 627 ilə çata bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar