Özəlləşdirmə hərraclarında necə iştirak etmək olar? - CAVAB
12 mart 2024 12:20 (UTC +04:00)

Özəlləşdirmə hərraclarında necə iştirak etmək olar? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu özəlləşdirmə hərracları ilə bağlıdır.

Maraqlıdır, görəsən, özəlləşdirmə hərraclarında necə iştirak etmək olar?

Lent.az xəbər verir ki, hərrac elanı və özəlləşməyə çıxarılan dövlət əmlakları barədə məlumat hərrac gününə ən azı 30 (otuz) gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (www.emlak.gov.az) və mətbuatda dərc olunur. Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış olmaq mümkündür.

Özəlləşmədə iştirak etmək istəyənlər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü sifarişçilərin həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə özəlləşmədə iştirakı təmin edilir.

# 2841
avatar

Arzu Qurbanlı

Oxşar yazılar