İspaniyada məhkəmə işçisini işə çox tez gəldiyinə görə işdən çıxaran işəgötürənin iddiasını təmin edib.
İşə gecikmək çox vaxt işdən çıxarılma üçün ciddi səbəb hesab olunur, lakin məlum olur ki, çox tez gəlmək də problem yarada bilər. Alikantedən olan bir ispan qadın bunu öz təcrübəsindən öyrənib.
Lent.az-ın xarici mediaya istinadla xəbəriə görə, gənc qadın çatdırılma xidmətində işləyib və adətən işə səhər saat 6:45 ilə 7:00 arasında gəlib, baxmayaraq ki, müqaviləsində növbəsinin səhər saat 7:30-da başlaması nəzərdə tutulub. Buna görə də, o, həmkarlarından daha tez işə başlayıb və bu da rəhbərliyin narazılığına səbəb olub.
O, ilk dəfə 2023-cü ildə çox tez gəldiyinə görə töhmət alsa da, qadın xəbərdarlığı qulaqardına vurmağa davam edib.

Bu il müdiri onu "ciddi qanun pozuntusuna" görə işdən çıxardıb və iddia edib ki, erkən gəlmək şirkətin fəaliyyətinə zərərlidir və işçi vəzifələrini pozur. O, qərardan Alikante Sosial Məhkəməsinə apelyasiya şikayəti verin, lakin məhkəmə işəgötürəninin tərəfini saxlayıb.
Məhkəmə qeyd edib ki, xəbərdarlıqlara dəfələrlə məhəl qoyulmaması işçi ilə şirkət arasındakı etimad və sədaqət münasibətlərinə mənfi təsir göstərib:
"İşçinin davranışı bu etimadı və sədaqəti pozub və onun işə tez gəlməsi əmək münasibətlərinə xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar təşkil edir".
Hekayənin əxlaqı: işə çox erkən deyil, vaxtında gəlin-hətta qəsdən çalışqan olmaq istəyi gözlənilməz nəticələrə səbəb ola bilər.