Qarlı havada işığımız, suyumuz olacaqmı? - RƏSMİ CAVAB
09 yanvar 2023 14:11 (UTC +04:00)

Qarlı havada işığımız, suyumuz olacaqmı? - RƏSMİ CAVAB

Bakı artıq ağ örtüyə bürünüb. Qarın yağması nəticəsində artıq bəzi yolları buz bağlayıb.

Maraqlıdır, görəsən qarlı havada işığımız və suyumuz olacaqmı?

Məsələ ilə bağlı "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Lent.az-a açıqlamasında bildirib ki, indiyədək “Azərsu” ASC-nin 955 nömrəli zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə barədə müraciət daxil olmayıb:

"Hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda abonentlər dayanıqlı içməli su ilə təmin olunur. Hər hansı qəza və problem yaranarsa, qısa müddətdə aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”.

Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun sözlərinə görə, “Azərişıq” ASC qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirib:

Onun sözlərinə görə, hazırlıqla bağlı öncədən komissiyası yaradılıb, Elektrik Şəbəkələri üzrə “Tədbirlər Planı” tərtib olunub:

"Qış aylarında əhalinin keyfiyyətli, 2500-dən artıq müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, 6500 km-ə yaxın elektrik veriliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Əlavə olaraq Bakıda və regionlarda 100 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb, 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib. Ölkə üzrə bütün Elektrik Şəbəkələr qış üçün material və avadanlıq ehtiyatı ilə, həmçinin maşın-mexanizmlə təmin olunub. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər".

# 3552
avatar

Arzu Qurbanlı

Oxşar yazılar