Qazaxda 3 şəhid dəfn olundu -FOTO
14 sentyabr 2022 17:12 (UTC +04:00)

Qazaxda 3 şəhid dəfn olundu -FOTO

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Yunis Kazımov anadan olduğu Qazax rayonunun Kəmərli kəndində dəfn edilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, Yunis Kazımov nəşini yaşadığı evə gətrilib.

Şəhidlə yaşadı evdə vida mərasimi keçirilib. Daha sonra o, Kəmərli kənd qəbiristanlığında dəfin edilib.

Dəfin mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Yunis Kazımov Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhid baş leytenant Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, "Azərbaycan Bayrağı" Ordeni ilə təltif olunub.

Yunis Kazımov ailəli idi.

Bu gün Qazax rayonunn Kəmərli kəndi daha bir şəhidini torpağa tapşırıb. Şəhid Azər Məmmədovun cənazəsi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi doğulub boya başa çatdığı kənddə, bir ay öncə toyunun olduğu evdə keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri, hərbçilər iştirak edib. Daha sonra kənd qəbiristanlığında dəfn edilib.

Qazaxın Daş Salahlı kəndində isə şəhid, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, gizir Azər Kərimov ailəli olub, onun 1 və 3 yaşlarında iki oğlu var.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1560
avatar

Oxşar yazılar

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

27 noyabr 2022 , 17:48
Qadınların  10 yaşlı oğlanlarla   evləndiyi tayfa

Qadınların 10 yaşlı oğlanlarla evləndiyi tayfa

27 noyabr 2022 , 14:53
Sabah bu insanlar üçün problem yarana bilər

Sabah bu insanlar üçün problem yarana bilər

27 noyabr 2022 , 14:24
Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

27 noyabr 2022 , 12:47
Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

27 noyabr 2022 , 11:10
Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07