Qədr gecələrinin VAXTI AÇIQLANDI
29 mart 2022 16:11 (UTC +04:00)

Qədr gecələrinin VAXTI AÇIQLANDI

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

Lent.az xəbər verir ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayacaq. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

# 222600
avatar

Aytəkin Cəlali

Oxşar yazılar