Qobustan ərazisində, M-2 avtomobil yolunun 55-ci km-də yerləşən qəzalı körpünün sökülməsi ilə əlaqədar alternativ marşrutda təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, məqsəd yeni körpünün tikintisi müddətində sürücülərin təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.
Qəzalı vəziyyətdə olan körpünün sökülməsi barədə qərar texniki qiymətləndirmədən sonra qəbul edilib.