Qulaqlıqdan davamlı istifadə niyə təhlükəlidir?
12 iyun 2026 10:44 (UTC +04:00)

Qulaqlıqdan davamlı istifadə niyə təhlükəlidir?

0

Mütəxəssislər bildirirlər ki, qulaqlıqdan uzun müddət istifadə etmək təkcə eşitmə qabiliyyətinə deyil, ümumi sağlamlığa da mənfi təsir göstərə bilər.

Lent.az xəbər verir ki, əsas risklərdən biri eşitmənin tədricən zəifləməsidir. Xüsusilə qulaq kanalının içinə yerləşdirilən qulaqlıqlardan istifadə edənlər daha çox təhlükə altındadır. Belə qulaqlıqlar səsi birbaşa eşitmə kanalına ötürdüyü üçün hətta orta səviyyəli səs uzun müddət dinlənildikdə eşitmə hüceyrələrinə zərər verə bilər. Mütəxəssislər qeyd edirlər ki, problem yalnız eşitmə itkisi ilə məhdudlaşmır. Eşitmə sisteminə düşən daimi yük qulaqlarda küy yaranmasına, baş ağrılarına, tez yorulmaya və diqqətin azalmasına səbəb ola bilər. Bundan əlavə, qulaqlıqdan fasiləsiz istifadə sinir sisteminə də təsir göstərə bilər. Həkimlər xəbərdarlıq edirlər ki, davamlı səs fonu beyni həddindən artıq yükləyir. Bu isə əsəbilik, yuxu keyfiyyətinin pisləşməsi və tez yorulma ilə nəticələnə bilər. Mütəxəssislər gigiyena məsələlərinə də xüsusi diqqət yetirirlər. Qulaqdaxili qulaqlıqların üzərində bakteriyalar və müxtəlif çirklər toplana bilər ki, bu da qulaqda iltihabi proseslərin yaranma riskini artırır. Mümkün fəsadlar arasında dəri qıcıqlanması, eşitmə kanalının infeksiyaları və otit göstərilir. Gündə bir neçə saat qulaqlıqdan istifadə edən insanlar daha həssas qrup hesab olunurlar. Risk qrupuna tələbələr, ofis əməkdaşları, sürücülər, musiqiçilər və səslə işləyən mütəxəssislər daxildir. Zərəri azaltmaq üçün həkimlər "60/60 qaydası"na əməl etməyi tövsiyə edirlər. Bu qaydaya əsasən, səs səviyyəsi maksimumun 60 faizini keçməməli və fasiləsiz dinləmə müddəti 60 dəqiqədən artıq olmamalıdır. Həmçinin mütəmadi fasilələr vermək, qulaqlıqları təmiz saxlamaq və imkan daxilində qulağın üzərinə taxılan modellərə üstünlük vermək məsləhət görülür.

Qulaqlarda daimi küy və ya cingilti, tutulma hissi, səsin səviyyəsini tez-tez artırmaq ehtiyacı və qulaqlıqdan istifadə etdikdən sonra baş ağrılarının yaranması həkimə müraciət etmək üçün ciddi səbəb hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar