Qurban ətindən müsəlman olmayanlara  və zənginlərə də vermək olar
22 may 2026 14:12 (UTC +04:00)

Qurban ətindən müsəlman olmayanlara və zənginlərə də vermək olar

0

Qarşıdan Qurban bayramı gəlir. Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram əsrlərdir paylaşma, yardımlaşma, mərhəmət və həmrəylik simvolu kimi qeyd olunur.

Bəs görəsən, qurbanlıq ət necə kəsilməli və paylanmalıdır? Həmin ətdən kimlərə vermək mütləqdir? Və ya əksinə, kimlərə vermək olmaz? Hansısa işin baş tutması üçün qoyulan (nəzir) qurbanı bayram günü kəsmək lazımdır, yoxsa bayramdan əvvəl? Bayramın vacib əməlləri nədir?

İlahiyyatçı Ağa Hacıbəyli Lent.az-a açıqlamasında bildirib ki, qurbanlıq əti üç istiqamətdə bölüb, ehtiyaclı insanlara vermək lazımdır:

Uşaqların İslam dininə məcbur edilməsinə qadağa qoyan qanun dinimizin  prinsiplərinə tam uyğundur” - Ağa Hacıbəyli - Patrulaz.Az

Qurbanlıq heyvan bayram namazından sonra kəsilməli və üç əsas istiqamətdə – ailəyə, qonşulara və fəqirlərə bölünüb paylanmalıdır. İslam dinində qurban ibadətinin əsas məqsədlərindən biri insanlar arasında yardımlaşma və paylaşma hissini gücləndirməkdir. Bu səbəbdən qurban əti mütləq ehtiyaclı və möhtac insanlara çatdırılmalıdır. Həmin şəxslər həm yaxın qohum, həm də qonşu ola bilərlər. Bununla yanaşı, qurbanlıqdan maddi vəziyyəti yaxşı olan insanlara pay vermək də qadağan deyil.

Qurban bayramı İslam aləmində humanizm, mərhəmət və fədakarlıq nümunəsi hesab olunur. Bu bayram yalnız ibadət deyil, eyni zamanda cəmiyyət daxilində sosial həmrəyliyin gücləndiyi xüsusi günlərdən biridir. Bu baxımdan qurban əti içki içən şəxslər istisna olmaqla, müsəlman olmayan, lakin ehtiyac içində yaşayan insanlara da verilə bilər. Bu yanaşma İslam dininin yardımlaşma və humanizm prinsiplərinə verdiyi önəmi göstərir”.

İlahiyyatçı qeyd etdi ki, nəzir qurbanını xüsusi olaraq gözləyib bayram günü kəsməyin xüsusi bir mənası yoxdur:

“Niyyət edilən hadisə bayram ərəfəsində baş veribsə, həmin qurbanı bayram günündə kəsmək olar. Bununla belə, din alimləri niyyət qurbanının İsmayıl qurbanı ilə qarışdırılmamasını daha məqsədəuyğun hesab edirlər. Çünki İsmayıl qurbanı Allaha yaxınlıq mənasını ifadə edən xüsusi bir ibadətdir və dini mahiyyəti ilə seçilir.

Bayram gününün vacib əməlləri sırasında qüsul almaq, bayram namazına getmək və namazdan sonra “Allahu-əkbər” təkbirlərini gətirmək yer alır. Bu ibadətlər müsəlmanların mənəvi birliyini daha da gücləndirən əsas amillərdən sayılır. Qurban bayramının əsas hədəfi müsəlmanlar arasında barışığı yaymaq, həmrəyliyi, qardaşlığı və vəhdəti qorumaqdır. Bayram günlərində küsülülərin barışması, ehtiyaclı insanların sevindirilməsi və ailə bağlarının möhkəmləndirilməsi də bu müqəddəs günün mühüm mənəvi dəyərləri sırasında göstərilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar