Qurban ətini bu cür saxlayın  - Dərin dondurucuya ehtiyac qalmır
02 iyun 2025 14:51 (UTC +04:00)

Qurban ətini bu cür saxlayın - Dərin dondurucuya ehtiyac qalmır

Qurban Bayramının ən mühüm ənənələrindən biri olan qurban kəsmə mərasimindən sonra ətin düzgün şəkildə saxlanması böyük əhəmiyyət daşıyır. Adətən ilk seçim dərin dondurucular olur, lakin elektrik kəsilməsi riski, yer çatışmazlığı və ya başqa səbəblər bu üsulu hər zaman praktik etmir. Xoşbəxtlikdən, dondurucuya ehtiyac olmadan qurban ətini uzun müddət təzə və sağlam şəkildə saxlamağın təbii yolları da mövcuddur.

Lent.az bu üsulu sizə təqdim edir:

Xüsusilə təbii qoruma üsullarından istifadə etməklə, həm sağlam, həm də praktik yollarla əti həftələrlə təzə saxlamaq mümkündür.

Qurban ətini saxlama üsulları hansılardır? 

Qurban ət kəsildikdən dərhal sonra isti olduğu üçün birbaşa saxlanmamalıdır. Əvvəlcə kölgəli, sərin bir yerdə 5-6 saat qədər dinləndirilməlidir. Bu proses ətin sərtliyini azaldır və bakteriya yaranmasının qarşısını alır. Dinlənmədən dondurulan və ya saxlanılan ət daha tez xarab ola bilər və dadını itirə bilər. Qurban ətini xarab olmadan saxlamağın ən qədim və təsirli üsullarından biri də "zeytun yağında saxlama" texnikasıdır. Kub formasında doğranmış ətlər duz, kəklikotu, istiot kimi təbii qoruyucu ədviyyatlarla qarışdırılır, sonra şüşə bankalara yerləşdirilir və üzəri tamamilə zeytun yağı ilə örtülür. Bu üsulla ət havayla təmas etmədiyi üçün mikrob yaranmaz və aylarla təzə qala bilər. Bankalar sərin və günəş işığı düşməyən yerdə saxlanmalıdır.

Qurutma üsulu 

Qurban ətini saxlamağın digər təbii üsulu isə qurutmadır. Ət nazik dilimlər halında doğranır, duz və ədviyyatla ovulur və bir neçə gün ərzində sərin, hava keçən bir yerdə qurudulur. Bu üsul ətin içindəki nəmi çəkərək bakteriyaların çoxalmasının qarşısını alır. Qurudulmuş ət uzun müddət saxlanıla bilər və masaya fərqli bir dad qatır.

Qovurma üsulu 

Türk mətbəxində ən geniş yayılmış saxlama üsullarından biri də əti qovurmaqdır. Ət kub şəklində doğranır və öz yağı və ya quyruq yağı ilə zəif odda uzun müddət qovrulur. Qovrulmuş ət soyuduqdan sonra şüşə banka və ya tenekə qablara doldurulur və üzəri tamamilə yağı ilə örtülür. Bu üsulla hazırlanan ətlər soyuducu olmadan belə sərin yerdə həftələrlə saxlanıla bilər.

Sirkə və marina edin

Sirkə təbii bir mikroböldürücüdür. Kiçik hissələrə bölünmüş ət, sirkə, duz və ədviyyatla hazırlanan qarışımda 1-2 gün saxlanıldıqdan sonra bankalara doldurula bilər. Bu üsul ətin həm dözümlülüyünü artırır, həm də özünəməxsus bir aroma verir. Xüsusilə bişirilərək yeyiləcək yeməklər üçün çox praktik bir həll yoludur.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20