Rayonlara qar yağır, 13  dərəcə şaxta var - FAKTİKİ HAVA
07 fevral 2025 09:15 (UTC +04:00)

Rayonlara qar yağır, 13 dərəcə şaxta var - FAKTİKİ HAVA

Fevralın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxı, Neftçalada 20 m/s, Qobustan, Şirvanda 18 m/s, Şahbuzda 17 m/s-yə çatıb.

Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax, Sabirabadda 4, Mingəçevir, Zərdab, Şəkidə 3, Mingəçevir, Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa, Naxçıvanda 1 mm-dək qeydə alınıb.

Dağlıq rayonlara qar yağır, yağan qarın hündürlüyü Lerikdə 50, Yardımlıda 25, Şuşa, Qubada 20, Kəlbəcər, Laçında 19, Xaltan, Xınalıqda 13, Şahdağda 10, Altıağacda 9, Xankəndində 7 , Qusarda 3, Gədəbəy, Şərurda 2, Altıağac, Daşkəsəndə 1 sm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qırız, Göyçay, Zərdab, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 100-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3998

Oxşar yazılar

Tanınmış jurnalistə AĞIR İTKİ

Tanınmış jurnalistə AĞIR İTKİ

22 mart 2025 , 12:52
Qar uçqununda ölən əsgər dəfn edildi  - YENİLƏNİB

Qar uçqununda ölən əsgər dəfn edildi - YENİLƏNİB

22 mart 2025 , 12:45
Qar, yağış, dolu  - Sabahın HAVASI

Qar, yağış, dolu - Sabahın HAVASI

22 mart 2025 , 12:30
Qar uçqununda həlak olan əsgər dəfn olundu

Qar uçqununda həlak olan əsgər dəfn olundu

22 mart 2025 , 12:19
Jurnalistin oğlu gənc yaşında vəfat etdi

Jurnalistin oğlu gənc yaşında vəfat etdi

22 mart 2025 , 10:04
Bu yerlərə qar yağır  - FAKTİKİ HAVA

Bu yerlərə qar yağır - FAKTİKİ HAVA

22 mart 2025 , 09:35
Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

21 mart 2025 , 22:30
Ramazan ayının 22-ci gününün DUASI

Ramazan ayının 22-ci gününün DUASI

21 mart 2025 , 22:00