Sabah Bakıda 29 dərəcə isti olacaq -  PROQNOZ
20 may 2021 13:14 (UTC +04:00)

Sabah Bakıda 29 dərəcə isti olacaq - PROQNOZ

Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə mayın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1589

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00