Alimlər otaq temperaturunda kvant dolaşıqlığı  yaratdılar
08 oktyabr 2026 04:24 (UTC +04:00)

Alimlər otaq temperaturunda kvant dolaşıqlığı yaratdılar

0

 

Fiziklər havada asılı vəziyyətdə saxlanılan mikroskopik şüşə kürə ilə işıq arasında kvant dolaşıqlığı yaratmağa nail olublar.

Lent.az xəbər verir ki, bu barədə Phys.org “Science” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Təcrübənin əsas fərqi sistemin ultraaşağı temperatura qədər soyudulmadan işləməsidir.

Alimlər kiçik şüşə nanokürənin hərəkətini işıq sahəsi ilə kvant səviyyəsində əlaqələndiriblər. Kəşf gələcək kvant rabitəsi və son dərəcə həssas ölçmə texnologiyalarının hazırlanmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar