Ağ köynək və  geniş şalvarda:   Şakira Barselonadakı  məhkəmə binasında
07 oktyabr 2026 19:21 (UTC +04:00)

Ağ köynək və geniş şalvarda: Şakira Barselonadakı məhkəmə binasında

0

Məşhur kolumbiyalı müğənni Şakira Barselonada məhkəmə iclasından çıxarkən kameraların obyektivinə tuş gəlib.

Lent.az xəbər verir ki, Şakira və keçmiş sevgilisi, futbolçu Jerar Pike iki oğulları Milan və Saşa ilə görüş qaydalarının dəyişdirilməsi məsələsini müzakirə etmək üçün məhkəməyə müraciət ediblər.

Hazırda uşaqlar anaları Şakira ilə birlikdə Mayamidə yaşayırlar. Müğənni onların ABŞ və İspaniya arasında etdikləri səfərlərin sayının azaldılmasını istəyir. Şakiranın vəkilləri bildiriblər ki, bu dəyişiklik uşaqların emosional, fiziki və təhsil baxımından rifahının qorunmasına kömək edə bilər.

Müğənninin hüquqşünasları Jerar Pikenin övladları ilə görüşmək üçün daha tez-tez ABŞ-a səfər etməsini, xüsusilə də uşaqların tətil günlərində onları ziyarət etməsini təklif edirlər.

Şakira və Pike 2022-ci ildə ayrıldıqdan sonra məhkəmə futbolçunun uşaqları ilə müəyyən günlərdə görüşmək hüququnu saxlayıb.

Шакира / © Getty Images

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar