İstanbulda 7 mərtəbəli bina çökdü
08 oktyabr 2026 09:12 (UTC +04:00)

İstanbulda 7 mərtəbəli bina çökdü

0

İstanbulun Maltəpə rayonunda yeddi mərtəbəli binanın aşağı üç mərtəbəsi çöküb. Dağıntılar altından iki qadın sağ çıxarılıb.

Lent.az “Habertürk”ə istinadla xəbər verir ki, hadisə oktyabrın 8-də yerli vaxtla saat 05:40-da Cevizli məhəlləsinin Doğu küçəsində qeydə alınıb.

Binanın çökməyən yuxarı mərtəbələrində qalan sakinlər təxliyə edilib. Dağıntılar altından çıxarılan iki qadına tibbi yardım göstərilir. Aşağı mərtəbədə tekstil emalatxanasının fəaliyyət göstərdiyi bildirilib. Çökmənin səbəbi hələ məlum deyil.

Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar