Sabah hava  çiskinli olacaq   - PROQNOZ
08 dekabr 2022 12:09 (UTC +04:00)

Sabah hava çiskinli olacaq - PROQNOZ

Dekabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

# 3468
avatar

Oxşar yazılar