Bakıda və Abşeron yarımadasında dekabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Dekabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 şaxta olacaq.

Sabah hava necə olacaq? - PROQNOZ
Oxşar yazılar

Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34