Sabahın hava  PROQNOZU
11 fevral 2022 12:33 (UTC +04:00)

Sabahın hava PROQNOZU

0

Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1810

Oxşar yazılar