Sabah bu ərazilərə yağış yağacaq  - hava PROQNOZU
07 noyabr 2025 12:15 (UTC +04:00)

Sabah bu ərazilərə yağış yağacaq - hava PROQNOZU

0

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar