2 yaşlı qızın qatilini həbsxanada öldürdülər
07 noyabr 2025 09:37 (UTC +04:00)

2 yaşlı qızın qatilini həbsxanada öldürdülər

0

Böyük Britaniyanın 2 yaşlı Lola Ceymsin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 33 yaşlı Kayl Bevan qətlə yetirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə onun cəza çəkdiyi sərt rejimli Ueykfild həbsxanasında baş verib.

İstintaq müəyyən edib ki, üç məhbus Bevana qarşı özbaşına cəza tədbiri həyata keçirib. Səhər saatlarında mühafizəçilər onu kamerasında ölü halda tapıblar. Bundan sonra Vest-Yorkşir qraflığının polisi tərəfindən istintaqa başlanılıb.

Hüquq-mühafizə orqanları təsdiqləyiblər ki, qətli onun kamerasını bölüşən məhbuslar törədiblər və artıq saxlanılıblar.

Bevana 28 il minimum müddət olmaqla ömürlük həbs cəzası verilib. Məhkəmə əvvəllər qeyd edib ki, cinayətkar peşman olduğunu deməyib və qızcığazın pilləkəndən yıxılmasını saxtalaşdıraraq cinayəti gizlətməyə cəhd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar