Qurmanlar sümük iliyini   qaşıqla yeyirlər - Faydaları nədir?
06 noyabr 2025 19:20 (UTC +04:00)

Qurmanlar sümük iliyini qaşıqla yeyirlər - Faydaları nədir?

0

İnsanlar əsrlər boyu dadlı və qidalandırıcı heyvan iliyini yeyiblər. Bu gün də bəzi ölkələrdə o, delikates hesab olunur. Sümük iliyi şirin, zəngin dada və qeyri-adi teksturaya malikdir.

Sümük iliyi nədir və nəyə faydalıdır?

Sümük iliyi heyvanın çanaq, bud və onurğa sümüklərinin içində yerləşir. Onun tərkibindəki kök hüceyrələr qırmızı və ağ qan hüceyrələrinin yaranmasına kömək edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-lı həkimlərin sözlərinə görə, sümük iliyi orqanizm üçün bir sıra müsbət təsirlərə malikdir:

1. Artıq çəki ilə bağlı xəstəliklərin riskini azaldır

Tədqiqatlar göstərib ki, sümük iliyindəki piy toxuması adiponektin adlı hormon ehtiva edir. Bu hormon yağların parçalanmasına, insulinə həssaslığın qorunmasına kömək edir və şəkərli diabet, ürək-damar xəstəlikləri və piylənmə ilə əlaqəli bəzi xərçəng növlərinin riskini azalda bilər.

2. Dəri, sümük və oynaq sağlamlığını dəstəkləyir

İliyin tərkibində çoxlu miqdarda kollagen var. Kollagen sümüklərin və dərinin möhkəmliyini artırır. Bundan başqa, o, oynaq ağrılarını azaldan və iltihabı azaldan qlükozamin maddəsini də ehtiva edir.

3. İltihabi xəstəliklərin riskini azaldır

İliyin tərkibindəki qlisinkonjuge olunmuş linoleik turşu (Omega-6) güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Xroniki iltihab isə xərçəng, ürək xəstəlikləri, diabet, artrit, depressiya və Alzheymer xəstəliyi kimi ciddi problemlərlə əlaqələndirilir.

4. Zəngin qida tərkibi

100 qram maral iliyində aşağıdakı vitamin və minerallar mövcuddur: Riboflavin – gündəlik normanın 39 faizi, dəmir – 17 faiz, vitamin E – 15 faiz, tiamin – 2 faiz, vitamin B12 – 52 faiz, vitamin A – 5 faiz.

Lakin bu miqdarda ilik təxminən 785 kkal enerji verir. Onun tərkibində 84 qram yağ və 7 qram zülal var.

Toyuq və mal iliyi yemək olarmı?

Bəli, həm toyuq, həm də mal sümüyü iliyi yeyilə bilər. Bu məhsul orqanizm üçün faydalı vitamin və minerallar mənbəyidir. Amma yüksək yağ tərkibli olduğu üçün onu mülayim miqdarda istifadə etmək tövsiyə olunur, əks halda artıq çəki yarada bilər.

Necə yemək və bişirmək olar?

İliyi menyuya daxil etməyin çox üsulu var. Əsas odur ki, təmiz və təbii şəraitdə yetişdirilmiş heyvanların sümüklərini alasınız. İdeal variant – açıq rəngli, bəyaz-çəhrayı tonlu sümüklərdir.

Ən çox istifadə olunan növ mal iliyidir. Alarkən ətçidən bud, boyun və ya quyruq sümükləri istəmək olar.

Ənənəvi şəkildə sümük iliyi bulyon və ya şorba üçün istifadə olunur. Bulyonun qatı və ya açıq olmasından asılı olaraq sümüklərin miqdarı dəyişə bilər. Sümükləri aşağı odda 36–48 saat bişirmək məsləhətdir.

İliyi souslara əlavə etmək, tavada zeytun yağı ilə qızartmaq və ya kraker və tost üzərinə çəkmək də olar. Bu məhsul dadlı olduğu qədər qidalandırıcıdır, lakin əsas qayda  mülayimlik və balansdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar