Kayahanın qızı 10 il əvvəl ölən atası ilə əlaqə qurur – Necəsini AÇIQLADI
07 noyabr 2025 09:51 (UTC +04:00)

Kayahanın qızı 10 il əvvəl ölən atası ilə əlaqə qurur – Necəsini AÇIQLADI

0

Türkiyənin mərhum və sənətçisi Kayahanın qızı Beste Açar enerji sahəsində çalışmalar apardığını, atasının güclərinin ona keçdiyini və paralel kainatda atası Kayahan, Atatürk və Mövlanə ilə əlaqə qura bildiyini açıqlayıb.

Lent.az xəbər verir ki, o bu barədə qonaq olduğu bir proqramda danışıb.

“ATAM BUNA İCAZƏ VERMƏZDİ”

Atasının keçmiş həyat yoldaşı İpek Açarın həm “Kayahan” soyadını, həm də yeni ərinin soyadını birlikdə istifadə etməsinə etiraz edən Açar belə deyib:

“Atam həyatda olsaydı, buna icazə verməzdi. Əgər yeni evlilik etmisənsə, o soyad orada qalmalıdır. Kayahanın soyadı ilə başqa bir soyad yanaşı gələ bilməz.”

Açar atasının ölümündən sonra yaşadığı çətin dövrü belə təsvir edib:

“Atam vəfat etdikdən sonra ətrafımdakı bir çox insanın maskası düşdü. Guya məni sevənlər bir-bir üzə çıxdı. Bu məni çox dərindən yaraladı.”

Beste Açar enerji səviyyəsində çalışmalar apardığını və atasının güclərinin ona keçdiyini, hətta paralel kainatda atası Kayahan, Atatürk və Mövlanə ilə əlaqə qura bildiyini deyib. Özünün də astral səyahət etdiyini bildirən Açar, müğənni Yusuf Güney ilə yaxın dost olduqlarını və “Yusufa etdiyim seanslarla onun enerjisini bloklayan baryerləri qaldırdım və enerjisini yüksəltdim” sözlərini əlavə edib.

HƏYATI FİLM OLACAQ

Beste Açar atasının — Kayahanın — həyatının filmə çəkiləcəyini də açıqlayıb: “Uzun müddətdir layihə üzərində işləyirik. Atamın gəncliyini Yiğit Kirazcı canlandırsın istəyirəm.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar