Şagirdlər sınıq pilləkənlərlə çıxıb dərsdə palto ilə otururlar – Daha bir RƏZALƏT
24 fevral 2023 18:53 (UTC +04:00)

Şagirdlər sınıq pilləkənlərlə çıxıb dərsdə palto ilə otururlar – Daha bir RƏZALƏT

Şüşəsiz pəncərələr, qırıq tavanlar, kafeli sökülmüş pilləkənlər və paltolu dərsdə oturan uşaqlar...

Bura Goranboy rayonunun Şəfikürd kənd orda məktəbidir. Tarixi 40 ildən çox olan tədris müəssisəsi dövrün tələblərindən çox geridə qalıb. 

Siniflər soyuq, döşəmə qırıq, tavanı təhlükəsiz vəziyyətdə olan məktəbin şagirdləri dərsə gəldikləri 3-cü günü xəstələnir. Elə bu vəziyyətdən şagirdlər də narahatdır. 

Şagirdlər məktəbin təmir olunmasını tələb edirlər. Onlar da dərslərini isti sinif otaqlarında keçirilməsini arzulayırlar. 

40 ildi həmin məktəbdə müəllim işləyən Ziyabil Hüseynov deyir ki, qış aylarda dərs keçmək mümkünsüzdür. Sinif otaqları çöldən daha soyuq olur. 

1982-ci ildə istifadəyə verilən məktəbdə zaman-zaman daxili imkanlarla təmir işləri aparılıb. Amma həmin təmir işləri də “yıxılmış” binanı ayağa qaldıra bilməyib. Elə 44 günlük Vətən Müharibəsi dövründə atılan raketlərin bir neçəsi məktəb ərazisinə düşərək onu yarasız hala salıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğu ünvanladıq. 

Lent.az-a verilən məlumata görə, məktəbin yarasız olması ilə bağlı nazirliyə məlumat verilib. 

“Səfikürd orta məktəbi yarasız haldadır. Bununla bağlı nazirliyə məlumat verilib. Bundan öncə təmir olunacaq məktəblər olduğu üçün, bu məktəbin nə zaman təmir olunacağı barədə məlumat yoxdur”.

Bu da belə... Ümid edirik ki, məsuliyyət üzərinə düşən qurumlar məsələni ciddi şəkildə nəzarətə götürəcəklər. Hər halda soyuq, şəraitsiz bir sinif otağında dərs keçməyin necə çətin olduğu hər kəsə məlumdur.


 

# 2931
avatar

Fidan İlqar

Oxşar yazılar