Sahibkarlara ziyan dəydi: Bu bölgədə ev quşları kütləvi şəkildə tələf oldu
27 iyul 2026 22:54 (UTC +04:00)

Sahibkarlara ziyan dəydi: Bu bölgədə ev quşları kütləvi şəkildə tələf oldu

0

Ev quşları, xüsusilə toyuqlar naməlum səbəbdən ölür.

Lent.az xəbər verir ki, bu barədə təsərrüfat sahibləri məlumat verib.

Onların sözlərinə görə, toyuqlar və ördəklər arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. Bundan sonra quşlar tez bir zamanda tələf olur.

Sakinlər deyir ki, əvvəl quşların mədələri şişir və ağızlarından su gəlir. Bir neçə dəqiqədən sonra isə ölürlər.

Təsərrüfat sahibləri onu da bildirir ki, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də heç bir nəticə vermir.

Ev quşları arasında kütləvi ölüm halı ilə bağlı təsərrüfat sahibləri heç yerə müraciət etməyiblər.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar