Şəhid məclisində GÜLƏRƏK SELFİ:  vicdan xəstələri üçün həkim axtarılır
23 sentyabr 2022 12:30 (UTC +04:00)

Şəhid məclisində GÜLƏRƏK SELFİ: vicdan xəstələri üçün həkim axtarılır

2022-ci ilin sentyabrı həyatımıza şəhidlərimizin ayı kimi daxil oldu. Düşmən təxribatlarının qarşısını almaq üçün 79 manqal ürəkli, aslant biləkli oğul qurban vermişik. Ürəklərimizə od düşüb, evinə şəhid xəbəri gəlmiş 79 ailə ilə eyni acını yaşayırıq. Amma deyəsən hamımız yox.

Sosial şəbəkələrdə insanın qanını donduran şəkillər yayılır. Müxtəlif təşkilatları təmsil edən bir qrup insan o ev sənin, bu ev mənim deyərək ehsan yemə turlarına çıxıblar. 

Mənim bildiyimə görə, ehsan vəfat edən şəxsin günahlarının bağışlanması üçün verilir. Şəhidlərimizin nə günahı vardı? Bir canları var idi, onu da vətən yolunda, xalq yolunda verdilər. Çoxusunun bu geniş dünyada nə evi vardı,nə doğru-dürüst günü-güzəranı. Onlar bizə haqqlarını halal etməlidirlər, biz onlara deyil. 

Şəhid ailəsi ehsan verməli deyil, şəhidin ailəsinə dəstək verilməlidir. Lap deyək, ehsanı şəhidin yaşadığı əraziyə məsul olan dövlət qurumları verir. Bəs gedib bu ehsan məclisində şəhidin şəkli qarşısında gülə-gülə şəkil çəkdirmək nə deməkdir? Bunun bir açıqlaması varsa deyin biz də bilək. 

Şəhidlərin yas mərasimləri layihələrədən pul qoparıb başını saxlayan bəzi-bəzilərinin, yekə-yekə arvad və kişilərin qarınlarını götürüb gəzmələri, ciblərini və reklamlarını güdmələri üçün təşkil olunmur. Maskalanmağı gözəl bilirsiniz, barı bu məclislərdə də maskalanın, üzünüzə yalandan da olsa kədər qondurun, arsız-arsız gülüb şəhidlər üçün yas tutanların əsəbləri ilə oynamayın.

Yas mərasiminə baş çəkmək o deməkdir ki, ey dərdi olan ailə, mən sənin dərdinə şərik olmağa gəlmişəm, yanındayam, dəstəyəm. Belə yerə gələndə əliboş gəlməmək ən məqbul olanıdır. Bacardığından, gücün yetəndən kömək edirsən. Məlum məsələdir ki. şəhid ailələrinin böyük əksəriyyəti ehtiyac sahibləridirlər. Yoxsa sən qonaqlığıa gəlirmiş kimi gəl ye, iç, üstəlik gedəndə masanın üstündəkilərdən çantana da dürt, evdəkilərə apar, sonra dur gülə-gülə şəkil çəkdir.

Bu da dövrün xoşagəlməz dəblərindəndir, hara gedirsənsə orda şəkil çəkdirib, başqalarına göstərmək. Amma ağıllı adam bilməlidir harda nə edir. Harda nə qələt edirsən et, barı burda etmə.

Bir Azərbaycan əsgərinin şəhid olması xəbərinə, bir ailənin şəhid üçün axıtdığı göz yaşlarına yalnız düşmən, erməni qanı daşıyanlar təbəssümlə reaksiya verə bilər. Görəsən xəstə vicdanları müalicə edən həkim varmı?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10855

Oxşar yazılar

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək  davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək

Bakının bu rayonunun işığı kəsiləcək

14 may 2025 , 09:39
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan  4 BÜRC: Sonra çox gec olacaq

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq

14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

13 may 2025 , 19:59
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 19:07