Şəmkirdə dönər zəhərlənməsi ilə bağlı məlumat təsdiqini tapmadı
14 fevral 2024 17:37 (UTC +04:00)

Şəmkirdə dönər zəhərlənməsi ilə bağlı məlumat təsdiqini tapmadı

Şəmkirdə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

AQTA-dan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Belə ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulmuş və hazırda xəstələrin ambulator yardım alaraq evə buraxıldığı məlum olmuşdur.

Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətində araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək. 

Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Oxşar yazılar