Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı  YENİLİK   olacaq
21 yanvar 2022 11:53 (UTC +04:00)

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı YENİLİK olacaq

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.

Lent.az-ın məlumatına görə, APA-nın “Sənədsiz evlərin sənədləşdirilməsi prosesinə nə zamandan başlanılması nəzərdə tutulur” sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq.

Əmlak Məsələləri Dövlət Xidməti bu barədə qanunvericilik aktı hazırda qəbul edilmədiyi üçün bu halda hansı sənədsiz evlərin sənədləşdirilməsinin mümkün olmayacağı barədə sualı isə cavablandırmayıb.

# 4506
avatar

Oxşar yazılar