Tovuzda maşın aşdı, ölən və yaralananlar  var - YENİLƏNİB
27 iyun 2026 19:34 (UTC +04:00)

Tovuzda maşın aşdı, ölən və yaralananlar var - YENİLƏNİB

0

Tovuzda qəza ölən və xəsarət alanların adları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, ölən 20 yaşlı N.Rəhimovdur. Xəsarət alanlar isə onun həmyaşıdları Ə.Məmmədov və A.Xanmirzəyevdir.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin qarşısına mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

19:21

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar