UFC: Şara Maqomedovdan BAKIDA GERİDÖNÜŞ
27 iyun 2026 22:40 (UTC +04:00)

UFC: Şara Maqomedovdan BAKIDA GERİDÖNÜŞ

0

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

Lent.az xəbər verir ki, artıq əsas döyüşlərə start verilib.

Orta çəki dərəcəsində Rusiya təmsilçisi Şara Maqomedov Braziliyadan olan Mişel Pereyra ilə qarşılaşıb.

İlk raundda Maqomedov 51, Pereyra 38 zərbə ilə yadda qalıb. Braziliyalı bir dəfə rəqibini nokdaun vəziyyətinə salıb.

İkinci raund dağıstanlı idmançının üstünlüyü ilə keçib. Son raundda da Maqomedov üstün çıxış edib. O, hakimlərin yekdil qərarı ilə qalib seçilib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar