Bakıda üç avtomobil  toqquşdu, xəsarət alan var
27 iyun 2026 21:04 (UTC +04:00)

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

0

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq bordürün üzərinə çıxıb.

Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



İman İmanov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar