Səs yazısı yayılan  direktorla bağlı araşdırma aparılır
19 sentyabr 2025 10:56 (UTC +04:00)

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır

0

"Paytaxtın 308 nömrəli tam orta ümumtəhsil məktəbində direktorun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq". 

Bu barədə Lent.az-a BŞTİ-dən bildirilib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi sözlərdən istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar