Son sutkada COVID 19-a yoluxanlar - AÇIQLANDI
14 iyun 2022 16:34 (UTC +04:00)

Son sutkada COVID 19-a yoluxanlar - AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9715 nəfər vəfat edib, aktiv xəstə sayı 85 nəfərdir.

Ölkədə son sutka ərzində 2217, hazırkı dövrədək isə 6 926 715 test aparılıb.

# 1668
avatar

Oxşar yazılar