Sumqayıt məktəbində DAVA  - Şagird xəstəxanalıq oldu - YENİLƏNİB
06 fevral 2026 12:07 (UTC +04:00)

Sumqayıt məktəbində DAVA - Şagird xəstəxanalıq oldu - YENİLƏNİB

1

Sumqayıtda məktəbdə şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.

***
10:30

Dünən Sumqayıt məktəbində insident baş verib.

Lent.az Sumqayit24-ə istinadla xəbər verir ki, hadisə 33 nömrəli tam orta məktəbdə qeydə alınıb.

14 yaşlı H.B. sinif yoldaşı tərəfindən döyülüb.

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib:

"Dünən saat 12:30-də 14 yaşlı oğlan Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 988

Oxşar yazılar