Sürücülərin DİQQƏTİNƏ!  "Baksol" yolu bağlanacaq
02 noyabr 2022 09:48 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ! "Baksol" yolu bağlanacaq

Noyabrın 3-ü saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib.

Məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

# 5358
avatar

Oxşar yazılar